Bayram Səfərov: "Şuşa azad edilən kimi, ora gedəcəm"

Bayram Səfərov: "Şuşa azad edilən kimi, ora gedəcəm"

“Allah ömür versə, doğma Şuşa şəhəri işğaldan azad edilən kimi, ora gedəcəm”.

Ölkə.Az-ın məlumatına görə, bunu Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov bildirib.

İcma rəhbəri deyib ki, bu gün onun üün ən böyük arzu işğal altında olan torpaqları azad edib, ora qayıtmaqdır.

B.Səfər bu arzunun ən yaxın zamanlarda reallaşacağına inandığını söyləyib:

“Şuşa mənim dədə-baba yurdumdur. Bu torpaqlar Azərbaycanın tarixi əraziləridir. Ermənilər özləri də yaxşı bilirlər ki, Qarabağ onlara məxsus deyil. Bu torpaqlar müvəqqəti olaraq işğal olunub. Ancaq bu işğal çox çəkməyəcək”.






Fikirlər