26.07.2014- Bayram Səfərov yenə villasından danışdı - MÜSAHİBƏ
Teleqraf.com Bayram Səfərova yenidən müraciət edərək yayılan məlumatlara münasibətini öyrənib.
- Bayram müəllim, ATV-nin keçmiş prezidentinə məxsus olmuş qiyməti milyon dollarlarla ölçülən villanı almağınız mətbuatın gündəmindən düşmür. (Fikrimi tamamlamağa imkan vermir)
- Nə yazırlar?
- Yazırlar ki, Bayram Səfərovda bu qədər pul hardandır?
- Qələt edirlər. Bu, mənim şəxsi işimdir.
- Axı siz Şuşa İcra Hakimiyyətinin, Qarabağın Azərbaycan icmasının başçısısız?
- Nə olsun? Mən villa ala bilmərəm? Almışam, yaxşı eləmişəm, bunun kimə nə dəxli var.
- Maaşınız buna imkan verir?..
- A kişi, gedin öz işinizlə məşğul olun.
- Bizim işimiz elə belə məqamlarda sizə sual ünvanlamaqdır.
- Mənim şəxsi işimə qarışa bilməzsiz.
- Dövlət büdcəsindən maaş alan məmurun villa alması şəxsi işdir?
- Bəli, şəxsi işdir, mən icra başçısı olmaqla bərabər, sizin kimi insanam.
- Axı mənim nəinki villa, ev almağa belə imkanım yoxdur.
- İşləsəniz olar, sağ olun.
Ruslan Xəlil