Böyük Britaniyanın Antarktida İdarəsi materikdə 40 kilometr uzunluğundakı çat aşkar edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, nəticədə “Halley VI” milli stansiya fəaliyyətini müvəqqəti dayandırıb.
Nəhəng çatın yaranmasının səbəbi qlobal istiləşmə göstərilir. Nəhəng çatın görüntülərinin yer aldığı çarx dronun köməyi ilə çəkilib.
Qeyd edək ki, bu gün alimlər tez-tez atmosferdə karbon qazının miqdarının artımı haqqında təhlükəli siqnallar verirlər. Bu, ehtimal ki, planetdə temperaturun səviyyəsinin artmasına səbəb olacaq. Əgər temperatur artarsa, buzlar əriməyə başlayacaq.
Yer kürəsində buzun böyük həcmi var: 24 milyon kub kilometr. Buz demək olar ki, qurudakı bütün səht sularından 32 dəfə daha çoxdur. Əgər bütün buz kütləsi əriyərsə, Yer kürəsi necə görünəcək?
Ümumilikdə, Sidney, Sankt-Peterburq, London, Amsterdam, Kopenhagen, Nyu-York, Boston, Los-Anceles, San-Fransisko, Rio de Janeyro, Buenos-Ayres, Dakar, Tripoli, Bağdad, Kəlküttə, Mumbay, Honkong, Şanxay və Tokio kimi şəhərlər su altında qalacaq. Azərbaycanın paytaxtı Bakı şəhəri və Aran hissəsinin xeyli hissəsi də su altında qalacaq.