Milli Məclisin İnsan hüquqları komitəsinin ötən həftə baş tutan iclasında millət vəkili Yevda ABravovla həmkarı tahir kərimli arasında qarşıdurma yaranıb.
Belə ki, T. Kərimli vitse spiker eyni zamanda adıçəkilən komitənin sədri BaharMuradovanın sədrliyindən əvvəl komitənin yaxşı fəaliyyət göstərmədiyini söyləyib. O deyib ki, Bahar xanımdan əvvəlki sədrin dönəmində komitənin işi səmərəsiz olub.
T.Kərimlinin çıxışına sərt reaksiya verən Y. Abramov isə həmkarının səhv danışdığını bildirib: "Mən 10 ildən çoxdur bu komitənin sədr müaviniyəm və həmkarım Tahir bəy bizi zamanında yaxşı fəaliyyət göstərməməkdə və geridə qalmaqda ittiham edir. Mən deyirəm ki, məgər Milli Məclisin komitəsi fabrik və ya zavoddur ki, istehsalda geri qalsın?! Biz indiki kimi əvvəl də işləyirdik. Düzdür, Bahar Muradova komitəyə sədr seçilməklə fəaliyyətimizə yeni nəfəs verdi. Amma biz o zaman da fəaliyyət göstərmişik .Ona görə də onun komitəsinin zamanında yaxşı fəaliyyət göstərməməsi ilə bağlı fikirləri ilə razılaşmıram”.
Qeyd edək ki, B. Muradovanın müdaxiləsi ilə T.Kərimlinin Y.Abramova əks reaksiya vermək istəyinin qarşısı isə alınıb.
Biz də Sherg.az olaraq deputatlar arasındakı bu ziddiyyətin nəticələrini öyrənmək üçün T. Kərimli ilə əlaqə saxladıq. Millət vəkili qeyd etdi ki, qalmaqala Y. Abramovun sərt ifadələri səbəb oldu:
" Amma sonra mən onunla danışıb, izah edəndən sonra başa düşdü ki, fikrim başqa cür olub. Mən də demişəm ki, Milli Məclisnin sədr müavini Bahar Muradovanın eyni zamanda İnsan hüquqları komitəsinin sədri olması , komitəmizin statusunu yüksəldib. Milli Məclisin nizamnaməsində insan hüquqları komitəsinin adı axırda gəlirdi, ancaq indi önə çəklib. Həm əhəmiyyəti artırılıb. Çünki bütün dünyada olduğu kimi, Azərbaycanda da insan hüquqları qorunur. Bu, universal dəyərdir. Dediyim odur ki, Bahar xanımdan sonra komitənin nüfuzu artıb. Mən orada bir kəlmə də olsa, əvvəl çalışanların ünvanına söz dəməmiş, keçmişdə pis işləmələrini qeyd etməmişəm. Y. Abramov məni səhv başa düşüb. Elə anlayıb ki, mən o komitənin keçmişdə işləmədiyini demişəm. Mən isə komitənin bugünkü işinə qiymət vermişəm. Təssüf ki, iclas zamanı Yevda müəllimdən sonra Bahar xanım müdaxilə etdi və mən fikrimi izah edə bilmədim ki, sizin tənqdi etmirəm. Ola bilər narazılığım olsun, amma onu televiziya və jurnalistlərin gözü qarşısında tənqid etmərərm".
T. Kərimli onu da əlavə edib ki, Y. Abramovun nazirlik və komitə sədrlərinin deputatların məktublarına cavab verməmələri ilə bağlı qaldırdığı məsələni müdafiə edib:
"O mövzuda yevda müəllimi müdafiə etdim. Doğrudan da, elə nazirlik və komitə sədrləri var ki, cavab vermirlər və hörmətsizik edirlər".