Trampdan Ruhaniyə MESAJ: “Ehtiyatlı OL”
ABŞ prezidenti Donald Tramp İranın dövlət başçısı Həsən Ruhanini fikir səsləndirərkən ehtiyatlı olmağa çağırıb. Modern.az saytının xarici KİV-ə istinadən xəbərinə görə, Tramp bu haqda jurnalistlərə bildirib. “Yaxşısı budur ku, o, ifadələrində ehtiyatlı olsun”-deyə Tramp söyləyib. Qeyd edək ki, Həsən Ruhani İran İslam İnqilabının 38-ci ildönümü münasibəti ilə keçirilən tədbirdə İrana hədə qorxu gələnlərin peşman olacağını bildirib.