Sentyabrın 8-i hava necə olacaq

Sentyabrın 8-i hava necə olacaqSentyabrın 8-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

"AzerTaym.az" AzərTAc-a istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir.
Temperaturun gecə 17-22°, gündüz 28-33° isti olacağı ehtimalı var. Bakıda gecə 18-20°, gündüz 31-33° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 65-75 faiz, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26°, Türkan, Hövsan, Şıx, Sahildə 26-27° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 16-21°, gündüz 32-37° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava gün ərzində əsasən yağmursuz olacaq. Temperaturun gecə 11-16°, gündüz 18-23°, bəzi yerlərdə 26° isti olacağı ehtimalı var.

Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 16-21°, gündüz 28-33° isti olacağı ehtimalı var.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran,
Xızı, Quba, Xaçmaz, Qusar
rayonlarında gün ərzində hava əsasən yağmursuz olacaq. Temperaturun gecə 13-18° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz olacaq. Temperaturun gecə 18-23°, gündüz 31-36° isti olacağı ehtimalı var.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz olacaq. Temperatur gecə 18-23°, gündüz 29-34°, dağlarda gecə 11-16° isti, gündüz 23-28° isti olacaq






Fikirlər