"Ümumrusiya Azərbaycan Konqresinin ləğvi siyasətlə bağlı deyil" - Rusiya XİN
"Ümumrusiya Azərbaycan Konqresinin" (ÜAK) ləğvi barədə qərarın siyasətlə heç bir əlaqəsi yoxdur və bu, Moskva-Bakı münasibətlərinin inkişafına təsir etməməlidir". AzerTaym.az report.az-a istinadən bildirir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Vasili Nebenzya deyib. "Bu, iki ölkə arasında münasibətlərin pisləşməsinə gətirib çıxarmamalıdır", - deyə o qeyd edib. "Məsələlər hüquqi müstəvidədir, bu yöndən də baxılmalıdır. Qərar kiminsə siyasi iradəsi ilə əlaqəli deyil, bu, bizim hüquq-mühafizə orqanlarımızın sözügedən təşkilatın qeydiyyat prosedurunu pozması ilə bağlı qərarıdır. Mən tam əminəm ki, bu hadisə bizim Azərbaycanla ikitərəfli əlaqələrimizə təsir etməməlidir", - deyə diplomat bildirib.