19.09.2014- Bu günün hava proqnozu

19.09.2014- Bu günün hava proqnozuSentyabrın 19-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

"AzerTaym.az" AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında gün ərzində dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi, gecə və səhər isə havanın tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.Şimal-qərb küləyi 10-15 m/s, gecəyə doğru arabir 17 m/s olacaq.

Havanın temperaturunun gecə 17-20° isti, gündüz 22-26° isti, Bakıda gecə 18-20° isti, gündüz 23-25° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 765 mm civə sütunundan 766 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gündüz hava, əsasən, yağmursuz keçəcək, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.Şərq küləyi 5-10 m/s olacaq.Havanın temperaturu gecə 15-20° isti, gündüz 28-33° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz kəsiləcəyi gözlənilir.Şərq küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 5-10° isti, gündüz 14-19° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək.Şərq küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 13-18° isti, gündüz 24-29° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz kəsiləcəyi gözlənilir.Şərq küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 10-15° isti, gündüz 20-25° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gündüz hava, əsasən, yağmursuz keçəcək.Şərq küləyi 5-10 m/s olacaq.Havanın temperaturu gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı gözlənilir.Şimal-şərq küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə güclənəcək.Havanın temperaturu gecə 18-20° isti, gündüz 23-28° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Yaxın iki gündə Abşeron yarımadasında mövsümə uyğun gözlənilən komfort hava şəraiti, eyni zamanda, oksigenlə zəngin hava meteohəssas insanlar üçün əlverişlidir.






Fikirlər