Rektora qarşı tələbə "qiyam"ı təəssüflə qarşılandı - VİDEO

Картинки по запросу dillər universiteti 

Bəzi saytlarda Azərbaycan Dillər Universitetin rektoru Əfqan Abdullayevlə universitetin bir tələbəsi arasında yaşanan polemika oxuculara təqdim olunub.

Qeyd edək ki, həmin polemika həvəskar çəkilişlə lentə alınıb və ictimailəşdirilib. 

Xatırladaq ki, bu ilin əvvəlindən ADU-da İctimai Nəzarət Şurası yaradılıb və bu qurum istər qış imtahan sessiyasının gedişini, istərsə də sonrakı dövr ərzində semestr boyu universitetdə baş verən dəyişiklikləri izləyib, prosesin iştirakçısı olub. Bundan başqa yaz sessiyasının başlanmıasına 15 gün qalmış yenidən bütün fakultələri əhatə edən tələbələrlə universitetin akt zalında İctimai Şura üzvlərinin bir neçə günlük görüşləri keçirilib və tələbələrin arzu - istəkləri dinlənilib, onları narazı salan məqamlar müzakirə olunub. Tələbələrin dilə gətirdiyi məqamları komlektləşdirərək belə qənaətə gəlinib ki, ümumi istək imtahan nəticələrinin gec açıqlanması, imtahanların test üsulu ilə deyil, yazılı formada aparılması, imtahan suallarının əvvəlcədən verilməməsi, bir neçə illik fasilədən sonra dövlət imtahanının təkrar salınması barədə qərar onları qane etmir. Amma onlara başa salınıb ki, bütün bunlar tələbələrin imkanlarının məhdudlaşdırılmasına deyil, onların bilik və bacarıqlarının üzə çıxarılmasına hesablanıb və dövlət imtahanı məsələsi də universitet rəhbərliyiunin və ya Təhsil Nazirliyinin deyil, Nazirlər Kabinetinin müvafiq qərarlarından irəli gəlir. 
Картинки по запросу Azərbaycan Dillər Universitetin
Qeyd edək ki, tələbələrlə İctimai Nəzarət Şurası üzvlərinin çoxsaylı görüşləri ilə yanaşı rektor Əfqan Abdullayevin təşəbbüsü ilə tələbələrin həmin akt zalında universitet rəhbərliyi ilə də ayrıca görüşləri təşkil olunub. Səs-küyə səbəb olan həmin polemika da bu görüşlərin birində lentə alınaraq ictimailəşdirlib.
İctimai Nəzarət Şurası üzvləri həmin videonu izləyərək tələbənin universitetdə tələbələri qane edən hər cür şəffalıq yaradan islahatçı rektora qarşı o cür emosinal və qeyri-etik davranışından, "özündən kəşf etmisən" "siz tələbələrlə çox sərt davranışırsınız" ifadəsindən təəssüfləndiyini bildirib. 
Videoya baxanda dəqiq görsənir ki, tələbənin belə bir atmacalı çıxış edəcəyi əvvəlcədən planlaşdırılıb və onun çəkilişi nəzərdə tutulub. Bu isə acı təəssüf doğurur. Çünki rektor hər zaman tələbələrin yanında olduğunu əməli ilə sübut edib, onların arzu-istəklərini dinləyərək müvafiq tədbirlər görməsi ilə yadda qalıb. Elə bunun nəticəsidir ki, universitetdə yeni mühit formalaşıb və bu qocaman ali təhsil ocağının nüfuzunun qaldırılması üçün çoxsaylı tədbirlər bu gün də həyata keçirilir. 
Xatırladaq ki, universitetin fəaliyyətini diqqətlə izləyən və proseslərə nəzarət edən İctimai Nəzarət Şurasında ölkənin tanınmış ictimai xadimləri, təhsil ekspertləri və media mənsubları təmsil olunur. 

 






Fikirlər