Rektor universitetdə imtahanların gedişini izlədi

Rektor universitetdə imtahanların gedişini izlədiAzərbaycan Dillər Universitetində qış imtahan sessiyasına start verilib. Modern.az-ın məlumatına görə, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov universitetdə qış imtahan sessiyasının başlanması münasibətilə Pedaqoji (İngilis dili və Fransız dili) fakültəsində IV kursda keçirilən imtahanların gedişini izləyib.

İmtahan sessiyasının şəffaf, obyektiv və qaydalara uyğun keçirildiyini qeyd edən rektor şikayətlərlə bağlı universitetdə Operativ Qərargahın, eyni zamanda “Qaynar xətt”in fəaliyyət göstərdiyini tələbələrin diqqətinə çatdırıb. I Avropa Oyunlarının keçirilməsi səbəbilə tədris prosesinin və imtahan sessiyasının 2015-ci il may ayının 31-də başa çatacağını nəzərə çatdıran rektor universitetdə tələbələrin tədrisi üçün bütün imkanların yaradıldığını bildirib və imtahanlarda onlara uğurlar arzulayıb.

Universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun 4 noyabr 2014-cü il tarixində imzaladığı 100 saylı əmrinə əsasən, dekabrın 27-dən yanvarın 18-dək universitetdə qış imtahan sessiyası keçiriləcək. Qış imtahan sessiyası 5 fakültənin (Pedaqoji (İngilis dili və Alman dili), Pedaqoji (İngilis dili və Fransız dili), Filologiya və jurnalistika, Tərcümə, Regionşünaslıq və Beynəlxalq münasibətlər) əyani şöbəsində aparılır. Qiyabi şöbədə sessiya müddəti dekabırın 22-dən yanvarın 26-dək müəyyən edilib.

Rektor universitetdə imtahanların gedişini izlədi
Qış imtahan sessiyası müddətində yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə Operativ Qərargah yaradılıb. Bununla yanaşı, ADU-nun 440-35-05, 440-35-02, 440-64-82 saylı şəhər və 141, 146, 264 saylı daxili telefonları, eyni zamanda [email protected] ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib. Tədris binalarında sessiya ilə bağlı yazılı müraciətləri və təklifləri qəbul etmək üçün müvafiq qutular qoyulub. Əmrdə baş verən neqativ hallara görə müvafiq fakültə dekanı və kafedra müdirinin məsuliyyət daşıdığı qeyd edilib.


Fakültə dekanlarına və kafedra müdirlərinə imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunmasını təmin etmələri, imtahanların keçirilməsi ilə əlaqədar beynəlxalq təcrübəni nəzərə alaraq imtahan otaqlarının imtahan başlanana qədər imtahan materialları ilə təchiz etmələri tapşırılıb.

Qeyd edək ki, 2015-ci ilin iyun ayında Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar olaraq bütün təhsil müəssisələrində tədris prosesinin və imtahan sessiyasının 2015-ci il may ayının 31-də başa çatdırılmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi məktub göndərib. Məktuba uygun olaraq ADU – da dərslər 26.12.2014-cü il tarixində bitib, qış imtahan sessiyası 3 həftə davam edəcək və qış tətili 1 həftə olacaq
.

Rektor universitetdə imtahanların gedişini izlədi
Rektor universitetdə imtahanların gedişini izlədi
Rektor universitetdə imtahanların gedişini izlədi
Rektor universitetdə imtahanların gedişini izlədi






Fikirlər