“Rus dilinə xor baxanlara biz də xor baxırıq...” - BSU-nun REKTORU

"Guya, şortu qadağan etmişəm...”

"Mən Bakı Slavyan Universitetinə gələndən sonra deyirdilər ki, Nurlana xanım burada rus dilində danışmağı qadağan edib. Guya, burada rus dilində danışılmasını istəmirəm. Buna inananlar çox bəsit adamlardılar".
Bu sözləri BSU-nun rektoru Nurlana Əliyeva bu gün KİV nümayəndələri ilə keçirdiyi görüşdə deyib. O, universitetdə rus dilinin inkişafı üçün kifayət qədər işlər görüldüyünü qeyd edib: "Mən nəinki qadağan etmək, əksinə, tələbələrimizin rus dili biliyinin inkişaf etdirilməsini istəyirəm. Bunun üçün kifayət qədər də işlər görülür. Universitetdə rus dili kursları var. Tələbələrimiz orada öz dil biliyini artıra bilirlər. Rus dilini bilməyən uşaqlarımız belə bu kurslar sayəsində 2-3 ay içərisində artıq bu dildə sərbəst danışa bilirlər. Rus dilini Azərbaycanda bəyənməyənlərə, bu dildə tədrisə xor baxanlara biz də xor baxırıq. İnsan nə qədər çox dil bilərsə, o qədər yaxşıdır. Çox dil bilmək heç kimin azərbaycanlı imtiyazlarını əlindən almır ki… Əksinə, onun daha da inkişafına şərait yaradır. 
Bundan başqa, deyirdilər, guya, universitetdə sort geyinməyi qadağan etmişəm. Ən pisi isə odur ki, bizim jurnalislərimiz də bunları yazırlar…
AzerTaym.az

 






Fikirlər