“Bizə Bakıda gülürdülər, “çuşka” deyirdilər” – Bəxtiyar Sadıqov

“Bizə Bakıda gülürdülər, “çuşka” deyirdilər” – Bəxtiyar SadıqovMüstəqillik Bakını özümüzə qaytardı. Sovet dövründə Bakıda hamı rusca danışırdı. Bizim kimi rus dilini bilməyən, əyalətdən gələnlər isə Azərbaycan dilində danışanda bizə gülür və “çuşka” deyirdilər”.

AZNEWS.AZ xəbər verir ki, bunu “Azərbaycan” qəzetinin Baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov Azərbaycan Mətbuat Şurası, Azərbaycan Milli Televiziya və Radio Şurası və AMEA Dilçilik İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə, ölkədə dilçiliyin inkişafına dair dövlət proqramı”nda nəzərdə tutulan vəzifələrin həyata keçirilməsi və dövlət proqramlarının qəbul edilməsinin 2 illiyi münasibəti ilə keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, Sovet dövründə Azərbaycanda, o cümlədən digər respublikalarda əsas istifadə edilən dil rus dili sayılırdı, bu baxımdan hara gedirdinsə, rus dilində danışmalı və yazmalı idin:
“Ərzaq mağazasına və digər yerlərə daxil olanda rus dilini bilməyəndə sənə pis baxar, “çuşka” deyərdilər. Şükürlər olsun ki, müstəqil Azərbaycanın öz dövlət dili var. İndi hər yerdə öz dilimizdə danışır və yazırıq. Hətta, ölkəmizdə keçirilən bütün beynəlxalq tədbirlərdə də informasiyaların yayılması üçün istifadə edilən dil Azərbaycan dilidir. Biz çalışmalıyıq ki, doğma dilimizi belə qoruyaq və onun incəliklərini gələcək nəsillərə ötürək”.






Fikirlər