Üç dil bilən azərbaycanlı sənətçi
ANS telekanalında yayımlanan “Şou biz” verilişi şou-biznes nümayəndələri arasında sorğu aparıb.
Azertaym.az-ın məlumatına görə, müğənnilərin hansı əcnəbi dili bildikləri məlum olub:
Əməkdar artist Elza Seyidcahan – Azərbaycan dilini bilirəm. Birdə dilbilməzlərin dilindən başım çıxır. Heç nə anlamayanı başa salmağı bacarıram.
Rəqqasə Fatimə Fətəliyeva – Azərbaycan və rus dilini bilirəm.
Müğənni Nadir Qafarzadə - Azərbaycan dilini bilirəm, rus dilində isə orta səviyyədə danışıram. Elələri var ki, neçə illərdir, Moskvara yaşayırlar, amma o dili bilmirlər.
Müğənni Elnarə - Rus, ingilis və fransız dillərini bilirəm.
Aşıq Telli Borçalı – Azərbaycan dilindən başqa, bir az rus və gürcü dillərində başa düşürəm.