“Azərişıq” yeni stansiyanı İSTİFADƏYƏ VERDİ
“Azərişıq” ASC Mərkəzi Aran regionunda da geniş miqyaslı təmir-tikinti və yenidənqurma işləri həyata keçirir. Qurumdan daxil olan xəbərə görə, Mingəçevir və Naftalan şəhərləri və Ağdaş, Ağsu, Yevlax, Bərdə, Kürdəmir, Göyçay, Goranboy, Tərtər, Ucar rayonlarının daxil olduğu “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsində (RETSİ) 261 min abonentə və bununla da milyondan artıq əhaliyə xidmət göstərilir. İyun ayının 13-də isə “Azərişıq”ASC-nin Mərkəzi Aran RETSİ-nin yeni tikilən inzibati binası əməkdaşların və istehlakçiların istifadəsinə verilib. Açılış zamanı Azərişıq”ASC-nin sədr müavini Vüqar Əhmədov, Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov ölkənin enerji təsərrüfatında həyata keçirilən yenidənqurma işlərindən, iqtisadi və sosial sahədə aparılan kompleks tədbirlərdən danışaraq energetikləri təbrik ediblər. Mərkəzi Aran RETSİ-nin xidməti ərazisində 9 ədəd 110 kv-luq və 55 ədəd 35 kv-luq yarımstansiyalarda yenidənqurma işləri aparılıb, Ağsu və Goranboy rayonlarında 110/35/10 kV-luq yeni yarımstansiya inşa edilib və istismara verilib.Hal hazırda “Azərişıq” ASC-nin daxili vəsaiti hesabına daha 2 ədəd yeni yarımstansiya tikilir. AzerTaym.az