Rusiyanın Qarabağa göndərmək istədiyi “Məxfi ordu”ya ABŞ-dan TƏRS ŞİLLƏ - BÖYÜK ŞOK
ABŞ Maliyyə Nazirliyi Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar 38 fiziki və hüquqi şəxs barəsində sanksiyaları tətbiq edib. Sanksiyaların altına Rusiya və Donbasın işğal altında olan ərazisindən 19 hüquqi və 19 fiziki şəxs, həmçinin Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Sergey Nəzərov düşüb. Publika.az “Layf.ru” saytına istinadən xəbər verir ki, sanksiyalar altına düşən təşkilatlardan biri də şəxsi hərbi şirkət olan “Vaqner qrupu”dur.Sanksiyalar siyahısına həmçinin “Vaqner”in komandiri Dmitri Utkin də daxil edilib.“Vaqner qrupu” ehtiyatda olan polkovnik-leytenant Dmitri Utkin tərəfindən Rusiyanın müxtəlif güc srtukturlarından istefaya çıxan zabitlərdən komplektləşdirilib. Qrup çox qapalı struktur hesab olunur. Bəzi KİV-lərin iddiasına görə, “Vaqner qrupu” 2014-də Donbasda, 2015-ci lldə isə Suriyada döyüş əməliyyatlarında iştirak edib. Ancaq bu informasiyalar heç bir halda rəsmi təsdiqini tapmayıb.Bundan başqa, KİV yazır ki, “Vaqner qrupu”nun Krasnodar vilayətində təlim-məşq bazası mövcuddur. Lakin bu informasiya da rəsmi strukturlar tərəfindən təsdiq olunmayıb. Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Dmitri Utkinin 2016-cı ilin dekabrında Vətən Qəhrəmanları Günü münasibəti ilə Kremldə keçirilən təmtəraqlı qəbulda iştirak etdiyini təsdiqləyib. Lakin o, “Vaqner qrupu”nun Suriyada döyüşçülərinin olub-olmadığı barədə suala cavab verməkdə çətinlik çəkib.Amma Böyük Britaniyanın “Sky News” telekanalının Rusiya hərbi bazalarında təlim keçən və Bəşər Əsədin rəqiblərinə qarşı vuruşmaq üçün hazırlıq keçən insanlarla söhbəti bəzi məqamlara aydınlıq gətirib. Rusiya məmurları dəfələrlə bildirib ki, "təlimatçılar və hərbi məsləhətçilər”in məhdud sayından başqa, Suriya əməliyyatlarına quru qoşunlarının cəlb edilməsinə ehtiyac görmür. Rusiyada keçirilən sorğular da göstərir ki, əhali Suriya müharibəsinə onların ölkəsinin daha genişmiqyaslı cəlb olunmasına qarşıdır. Ancaq “Sky News” kanalı ilə danışan insanlar bildiriblər ki, onları məxfi hərəkət edən “Vaqner qrupu” adlı şəxs hərbi şirkət cəlb edib və Rusiyanın hərbi-nəqliyyat təyyarələri ilə Suriyaya göndərilib. Onların sözlərinə görə, aya üç min funt-sterlinq alıblar və qarşılığında üsyançı qruplaşmalarla ən sərt döyüşlərdə iştirak ediblər.Bu qrupdan “Sky News”a danışan iki nəfər - Aleksandr və Dmitri (şərti adlardır) döyüşlərdən sağ çıxa biliblər.Hərbi ekspert Pavel Felqenqauerin fikrincə, hərbi muzdurlarla əməliyyatlar Rusiyanın “hibrid müharibə” metodlarına tamamilə uyğun gəlir: “Görünür, “Vaqner qrupu” həqiqətən mövcuddur. Bu cür döyüşçülər Rusiyanın istəyindən asılı olaraq müxtəlif döyüş əməliyyatları zonalarında meydana çıxırlar. Əvvəlcə Krımda, sonra Donbasda, indi isə Suriyada. Amma onlar indiyə qədər qeyri-leqal hesab edilirlər”. Xatırladaq ki, hələ bu ilin əvvəlində Rusiyanın “Fontanka” nəşri sözügedən mövzu ilə bağlı araşdırma aparıb. Araşdırmada deyilirdi ki, Rusiya Ukrayna və Suriyaya mövcud olmayan hərbi şirkətin döyüşçülərini yollayır.Nəşrin yazdığına görə, Rusiyanın mövcud olmayan şəxsi şirkətlərinin döyüşçüləri Ukrayna və Suriyada itkilər verirlər. Məzar daşlarında döyüşçülərin yaşadığı illər və ölüm tarixləri var. Amma son döyüş yeri haqqında məlumatlara gəlincə, çox “xəsis” davranırlar.Vaqner qrupu” rəsmi olaraq mövcud deyil. Nə güc strukturlarında, nə hüquqi şəxslərin reyestrində onun adını tapmaq mümkündür. Döyüşçülərın adları şəxsi heyətin formulyar siyahılarında da yoxdur.Bundan başqa, Rusiyada şəxsi hərbi şirkətlər haqqında qanun mövcud deyil.“Şəxsi hərbi şirkətlər Rusiya Konstitusiyasına uyğun olaraq qadağan edilib. Qanuna uyğun olaraq arsenalında zirehli hərbi maşınlar, daşınabilən zenit kompleksləri və minaatanlar olan mülki təşkilatlar ola bilməz. “Amma o var”, - “Fontanka” yazıb.2013-cü ildə Suriyada dağıdılan “Slavyan korpusu” əsasında formalaşdırılmış “Vaqner qrupu” 2014-cü ilin yazından Krımda, daha sonra isə Luqansk vilayətində hərəkət edib. Vaqner kimi tanınan şəxs ehtiyatda olan polkovnik-leytenant Dmitri Utkindir. O, 2013-cü ilə qədər Müdafiə Nazirliyinin Əsas kəşfiyyat məntəqəsində çalışıb. Ehtiyata çıxandan sonra dəniz gəmilərinin mühafizəsi sahəsində ixtisaslaşan şəxsi şirkət “Moran Security Group”da işləyib. 2013-cü ildə MSG-nin menecerləri “Slavyan korpusu”nu təşkil edərək onu Suriyaya Bəşər Əsədi müdafiə etməyə göndərib. Korpus bir sıra müvəffəqiyyətsiz döyüşlərdə iştirak edib. Dmitri Utkin 2014-cü ildən şəxsi bölmənin komandiridir və onun çağırışı ilə bölmə “Vaqner qrupu” adını alıb.“Fontanka”nın yazdığına görə, “Vaqner qrupu”in döyüşçüləri Ukrayna və Suriya ərazisində döyüş hərəkətləri üçün dövlət mükafatları alırlar.2015-ci ilin sentyabrında Suriyaya girən bölükdəki 93 nəfərdən yalnız üçdə biri geri qayıda bilib. Əsas itkilər 2016-cı ilin yanvar-fevral aylarında Palmira şəhəri uğrunda gedən döyüşlərdə olub. 2016-cı ildə isə "RBC" saytının araşdırmasında deyilirdi ki, Rusiya "Vaqner qrupu"nu Dağlıq Qarabağa köçürmək haqda düşünür. Saytın yazdığına görə, Rusiya Müdafiə Nazirliyi Baş qərargahına məxsus Baş Kəşfiyyat İdarəsinə (QRU) bağlı olan muzdlu ordu haqda informasiyalar mediaya sızıb. Xüsusilə Ukrayna və Suriyadakı əməliyyatlarda iştirakından sonra onların kimliyi, yerləşdikləri düşərgə və digər informasiyalar de-şifrə olunub.Federal Təhlükəsizlik Xidmətinin (FSB) zabiti sayta bildirib ki, Rusiya Müdafiə Nazirliyi qrupun düşərgəsinin başqa yerə köçürülməsini müzakirə edib."Mümkün variantlar arasında Tacikistan, Dağlıq Qarabağ və Abxaziya var", - deyə o bildirib. Müdafiə Nazirliyindəki mənbə də bu faktı təsdiqləyib.Sayt qeyd edir ki, bu qrup öz effektivliyini sübut etdiyi üçün onun ləğvi haqda düşünülmür.