Prezident İlham Əliyev sərəncam imzaladı - TƏRTƏRlə bağlı
Bu gün Prezident İlham Əliyev sərəncam imzalayıb. AzerTaym.az xəbər verir ki, sərəncama əsasən, iyirmi dörd min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,0 (yeddi) milyon manatı "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.