ABŞ-da 112 illik temperatur rekordu VURULUB
ABŞ-ın Arizona ştatında 112 illik temperatur rekordu vurulub. APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, ştatın paytaxtı Finiks şəhərində havanın temperaturu müsbət 47,2 dərəcəyədək yüksəlib. ABŞ-ın Milli Meteorologiya xidməti faktı təsdiqləyərək bildirib ki, əvvəlki temperatur rekordu 1905-ci ildə qeydə alınıb (+ 46,1 dərəcə)