Dünyada ən yüksək istilik İranda qeydə alındı: Asfaltda yumurta bişdi, yol nişanları əridi - FOTOLAR
İranın Ahvaz bölgəsində temperatur 54 dərəcəyə qalxıb və bu indiyə qədər qeydə alınan ən yüksək temperatur hesab olunur.
Qaynarinfo xəbər verir ki, Dünya Meteorologiya Təşkilatı bu barədə məlumat yayıb. 2013-cü ildə Kaliforniyada və 2016-cı ildə Küveytdə də 54C istilik müşahidə olunub.
İranda bundan əvvəl qeydə alınan ən yüksək temperatur 50,5C olmuşdu.