MƏHKƏMƏ ELDAR MAHMUDOVA Cinayət işi açdı – ŞOK QƏRAR

Eldar M

MTN polkovnikinə hökm oxunub, rütbəsi əlindən alınıb

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

vusal-768x432 (1)APA-nın məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Vüsal Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə V. Ələkbərovun polkovnik rütbəsindən məhrum edilməsi ilə bağlı da xüsusi qərardan çıxarıb.
Hökmə görə, V. Ələkbərovun əmlakı müsadirə edilərək, zərərçəkmiş iş adamı Akif Qurbanova verilib.
Digər zərərçəkmiş şəxslərin isə mülki iddiası təmin edilməyib.
movlanMəhkəmə sabiq nazir Eldar Mahmudov və nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlan Şıxəliyevbarəsində cinayət işinin başlanması üçün xüsusi qərardad çıxarıb və həmin qərarın surətinin icra olunması üçün prokurorluğa göndərilməsinə qərar verib.
Qeyd edək ki, V. Ələkbərov Cinayət Məcəlləsinin 311-ci (rüşvətalma) və digər maddələrlə ittiham olunur.

MTN polkovnikinə hökm oxunub, rütbəsi əlindən alınıb.

Qeyd edək ki, prokuror Vüsal Ələkbərovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini və rütbəsibin alınmasını istəmişdi.

Bildirək ki, “MTN əməliyyatı zamanı həbs edilənlər arasında hələ ki, məhkəməsi yekunlaşan və hökmü elan edilən yeganə zabit V.Ələkbərovdur.






Fikirlər