Özbəkistanda qərinənin fotosu: Qolbaqlı qollara QANDAL VURULARKƏN....

Burası Özbəkistan. Şəkildəki qadın Gülnarə Kərimovadır. Bu hərbçilər onu həbs edirlər. 

Keçən il bu vaxt o özü kimi istəsəydi həbs etdirərdi. Bu hərbçilər də onu görəndə mil dayanır, kipriklərini qırpmırdılar. 

Ancaq indi onlar onu ev geyimində yaxalayıb həbsxanaya aparırlar.

Çünki dövran dəyişib. İndi o, Kərimova Gülnarə İslam qızıdır, adi vətəndaşdır.

Keçən il isə bu xanım Özbəkistanın yeganə lideri, hüdudsuz səlahiyyətlərə malik prezidenti, bir qərinəyə yaxın müddətdə özbək xalqını idarə edən İslam Kərimovun qızı Gülnarə Kərimovaydı. Gülnarə Kərimova deyiləndə axar sular dururdu.

O, sadə bir prezident qızı deyildi, odioz fiqur idi, rəsmi səlahiyyəti olmasa da, hər işə qarışır, "harda aş,orda baş" olur, insan taleləri həll edirdi, adı cürbəcür qalmaqallara qarışırdı.

Anar Mammadov adlı şəxsin şəkli.

"Prezident qızı" titulu ona azlq edirdi, o, daha geniş səlahiyyətlər tələb edir. eyni zamanda öz ərköyünlüyünü hər yerdə göstərirdi. Bəzən atası onu göz dustağı etdirirdi ki, bu qız daha nə özünə, nə də prezidentin nüfuzuna zərər vurmasın. 

Fəqət, İslam Kərimov ötən ilin sentyabrında qəflətən öldü və qızının siyasi taleyini həll edə bilmədi.

Görünür, Gülnarə yeni prezident Şavkat Mirziyayevin qarşısında da ərköyünlük edib və ona mane olmağa başlayıb ki, o.sələfinin və mürşidinin xatirəsinə hörmət etməyi dayandıraraq, onun şıltaq qızının həbs edilməsinə göstəriş verib. 

Hər şey necə də köhnə səltənətlər dövrünün adət-ənənələrini xatırladır. Qədim vaxtlarda da hakimiyyətə yeni gələn sultan və ya şah özündən əvvəlki hökmdarın vaxtında ərköyün olanları saraydan uzaqlaşdırır, zərərsiləşdiridi.

Gülnarə Kərimovanın dünənə qədər qolbaqlı olan qoluna qandal vurulmas ıbu üzdəndir. İndi o, eks-prezidentin məhbus qızıdır.






Fikirlər