Mirzə Ələkbər Sabirin gəlini sabah DƏFN EDİLƏCƏK

Mirzə Ələkbər Sabirin gəlini sabah dəfn ediləcək

Tanınmış jurnalist, “Azadlıq” və “Yeni Yüzil” qəzetlərinin sabiq baş redaktoru Gündüz Tahirliyə ağır itki üz verib.

"AzerTaym.az" xəbər verir ki, hazırda ABŞ-da yaşayan, tanınmış jurnalist Gündüz Tahirlinin anası Zemfira xanımın nəşi bu gün vətənə göndərilib. Zemfira xanım sabah Şamaxıda ailə məzarlığında dəfn ediləcək.

Mərhumun hüzr mərasimi avqustun 17-də saat 12-də Heydər Məscidində olacaq.

Qeyd edək ki, görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin gəlini, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, əməkdar müəllim Zemfira Tahirli bir neçə ildir övladları ilə birlikdə ABŞ-da yaşayırdı.

Allah rəhmət eləsin.






Fikirlər