Qandallanan məmurun şok yeyintisi üzə çıxdı...

Qandallanan məmurun şok yeyintisi üzə çıxdı...Kəlbəcər təhsilində 3 milyon 650 min manatlıq mənimsəmə istintaqı heyrətləndirib!

Rayon təhsilini yaman günə qoyan keçmiş təhsil şöbə müdiri Məhəmməd Bağırov barəsində yeni məlumatlar daxil olub.

Belə ki, bir neçə gün öncə Cinayət Məcəlləsinin 3 maddəsiylə cinayət işi qaldırılmaqla barəsində həbs qətimkan tədbiri seçilərək Kürdəxanıya-Bakı İstintaq Təcridxanasına göndərilən M. Bağırovun korrupsiya cinayətlərinin miqyası böyüdükcə onu müdafiə edən vəkillərin sayı da artır. Yəni ilkin olaraq onun hüquqlarını vəkil Bağman Şirinov qoruduğu halda indi daha iki vəkil bu prosesə qoşulub. Onlardan biri tanınmış vəkil Cavad Cavadovdur.
Məsələnin ən acınacaqlı tərəfi barəsində həbs qətimkan tədbiri seçilərkən baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ona 620 min manat qanunsuz mənimsəmə ittiham olunduğu halda istintaq dərinləşdikcə onun mənimsədiyi vəsaitin məbləği 3 milyon 650 min manatadək şişib. Bu rəqəmlərin Maliyyə və Təhsil Nazirlikləri tərəfindən rayon təhsil şöbəsində apardığı kompleks yoxlama zamanı üzə çıxdığı bildirilir.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevi belə bir dəhşətli cinayəti ifşa etdikləri üçün təbrik edir və ümid edirik ki, istintaqın növbəti mərhələsində keçmiş təhsil şöbə müdirinin digər cinayətləri-məsələn, günahsız jurnalisti şərlədərək 11 il azadlıqdan məhrum etdirməsi də ifşa olunacaq...






Fikirlər