Ayaz Mütəllibov: “Mehriban Əliyevanın prezidentliyə namizədliyini DƏSTƏKLƏMƏYƏ HAZIRAM”
“Mənim siyasi partiya yaratmaq niyyətim yoxdur. Ancaq seçkilərdə Mehriban xanım Əliyevanın namizədliyini dəstəkləməyə hazıram”. Virtualaz.org xəbər verir ki, bunu eks-prezident Ayaz Mütəllibov yerli mətbuata müsahibəsində deyib. “Mehriban xanım Əliyevanın seçkilərdə iştirak etməyinə çox müsbət baxıram. Mehriban xanımın namizədliyi üçün bütün dəstəyi verməyə də hazıram. Hətta, Mehriban xanımın namizədliyi irəli sürülərsə, onun Prezident seçilməsinə dəstək üçün açıq şəkildə mətbuatla xalqa müraciət edə bilərəm. Misal üçün, xalqa başa salmaq olar ki, Mehriban xanım Əliyevanın prezidentliyə namizəd olması Azərbaycana hansı töhfələri verə bilər”-keçmiş prezident bildirib. Mütəllibov deyib ki, Mehriban Əliyevanın prezidentliyə namizədliyinə dəstək verməyə hazır olduğuna görə hansısa tənqidlərlə üzləşməkdən çəkinmir. “Mən bir şəxsiyyət və vətəndaş kimi Mehriban xanım Əliyevaya prezidentliyə namizəd olması üçün açıq dəstək verməyə hazıram”-o vurğulayıb.