Əli Həsənovun nəvəsi PEŞMAN OLUB

Əli Həsənovun nəvəsi peşman olub

Bakıda “Mercedes-Gelandawagen” markalı avtomobil ilə qəza törətmiş Nail Allahverdiyevin istintaqa verdiyi ifadəsi məlum olub.

"AzerTaym.az" “Report”a istinadən xəbər verir ki, N.Allahverdiyev istintaqa verdiyi ilkin ifadəsində özünü təqsirli bildiyini söyləyib. O, hərəkətindən peşman olduğunu deyib.

Bundan başqa, N.Allahverdiyev barəsindəki məhkəmə qərarından apellyasiya şikayəti verməkdən imtina edib. Həmçinin o, barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə də məhkəməyə müraciət etməyib.

Məlumata görə, Bakı İstintaq Təcridxanasında saxlanılan N.Allahverdiyevin cinayət işi çərçivəsində heç bir zərərçəkmiş şikayət ərizəsi ilə istintaq orqanlarına müraciət etməyib.

Qeyd edək ki, Nail Allahverdiyev Baş Nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsidir.






Fikirlər