ABŞ və Rusiya generalları 1 saat MÜZAKİRƏ APARDI
Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov amerikalı həmkarı Cozef Danfordla ötən gün 1 saatlıq telefon danışığı aparıb. Axar.az xəbər verir ki, tərəflər 1 saat ərzində Deyr əz-Zor ətrafında baş verənləri müzakirə ediblər. Bu barədə məlumat yayan "Kommersant" qeyd edib ki, görüşün əsas mövzusu Suriyadakı vəziyyət və xüsusilə də Deyr əz-Zor hadisələri olub.