Bakıda verilməyən İZAHAT: “Quduz it” müharibənin başlandığını ELAN ETDİ

Bakıda verilməyən İZAHAT: “Quduz it” müharibənin başlandığını ELAN ETDİ

ABŞ Müdafiə Nazirliyinin başçısı (Pentaqon) Ceyms Mettis Rusiyanın müdafiə naziri Sergey Şoyqunun şərhinə cavab verməkdən imtina edib.

Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, Pentaqon başçısı Rusiyanın bəyanatlarına cavab verməyə əsas görmədiyinin bildirib.

"Mən yalnız deyə bilərəm ki, NATO ittifaqı öz prinsiplərini və həyat tərzimizi müdafiə etməyə hazırdır”, - deyə Mettis söyləyib.

O həmçinin əlavə edib ki, ABŞ və NATO Rusiya ilə hərbi əməkdaşlığa deyil, siyasi qarşılıqlı münasibətlərə hazırdır.

Xatırladaq ki, Pentaqon rəhbəri fevralın 15-də NATO müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşündə ABŞ-ın Rusiya ilə əməkdaşlığın bərpasını istədiyini, lakin realist olduğunu və Moskva ilə güc mövqeyindən danışmaq niyyətində olduğunu deyib.

Pentaqonun başçısı həmçinin NATO üzrə həmkarlarına xəbərdarlıq edib ki, ittifaq Moskvanın hərəkətlərinə görə yaranmış "qeyri-sabit qövslə” mühasirəyə alınıb:

"2014-cü ildə biz yeni reallıqda oyandıq: Rusiya suveren qonşularından birinin sərhədlərini dəyişdirmək üçün güc tətbiq etdi. Türkiyənin sərhədlərində İŞİD çıxdı”.

Mettisin bəyanatını növbəti gün Sergey Şoyqu şərh edib. Rusiyanın müdafiə naziri bəyanata cavab olaraq belə cəhdləri "perspektivsiz” adlandırdı və deyib ki, Rusiya və ABŞ-ın Baş qərargah başçılarının Bakı görüşündə qarşı tərəfdən izahat gözləyir: "Biz Pentaqonla əməkdaşlığa hazırıq. Lakin bizimlə güc yolu ilə dialoq qurmaq cəhdləri perspektivsizdir. Bu gün Bakıda Silahlı Qüvvələrimizin Baş Qərargah rəisi Valeri Gerasimovun amerikalı həmkarı Cozef Danfordla görüşündə Pentaqondan izahat gözləyirik”.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef Danfordun görüşü cümə axşamı Bakıda keçirildi. Görüşün nəticələri haqqında Rusiya Müdafiə Nazirliyinin açıqlamasında görə, generallar Rusiya-Amerika münasibətlərinin vəziyyəti haqqında fikir mübadiləsi aparıblar. Görüşdə həmçinin Avropa, Yaxın Şərq, Şimali Afrika və digər regionlarda beynəlxalq təhlükəsizliklə bağlı məsələlər müzakirə edilib. Söhbət zamanı hərbi fəaliyyətin təhlükəsizliyinin artırılması ilə bağlı birgə işin, habelə gərginlik və insident risklərinin azaldılmasının istiqamətləri müəyyən olunub. Görüşdə təmasların davamı barədə razılıq əldə olunub.

Sergey Şoyqunun gözlədiyi "izahatlar” haqqında isə heç nə bildirilmirdi.

"Quduz it” ləqəbli Ceyms Mettis dəniz piyada qoşununun 66 yaşlı veteranıdır. Mettis son 50 il ərzində Pentaqonun başçısı vəzifəsində ən yaşlı generaldı. O, Əfqanıstan və İraq müharibələrində döyüş təcrübəsinə malikdir.

General əmindir ki, Barak Obama administrasiyası Ukraynadakı vəziyyətə az diqqət ayırır, həmçinin NATO üzrə müttəfiqləri az dəstəkləyirdi. Mettis Rusiyanı "yırtıcı dövlət” hesab edir və əmindir ki, Rusiya lideri Vladimir Putin NATO-nu hissələrə parçalamaq istəyir. Generalın sözlərinə görə, Putin millətçi əhval-ruhiyyələri qızışdırır. O, həmçinin Rusiyanın daxilində də problemlərin olduğunu bildirir. Pentaqon başçısının fikrincə, cihadçılar Rusiyada daxili sabitliyi hədələyir.

Ceyms Mettis bu vəzifəyə təyinatından daha əvvəl isə ABŞ Mərkəzi Komandanlığının rəhbəri vəzifəsini tuturdu. İraq və Əfqanıstanda hərbi əməliyyatları əlaqələndirən Mettis 2013-cü ildə istefaya getmişdi.

Vaşinqtonda 2015-ci ildə çıxışı zamanı, general Rusiyanı qonşuların işlərinə hərbi müdaxilədə ittiham etdi.






Fikirlər