Moskvaya MÜHARİBƏ ANONSU: “Əgər Rusiya maraqlarımızın əksinə hərəkət EDƏRSƏ...”

Moskvaya MÜHARİBƏ ANONSU: “Əgər Rusiya maraqlarımızın əksinə hərəkət edərsə...”

Atacağımız hər addım ordumuzun bu gün və gələcəkdə döyüşə hazır olmasını təmin etməsinə xidmət edəcək”.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın yeni müdafiə naziri Ceyms Mettis söyləyib.

Qeyd edək ki, Mettis müdafiə naziri postuna Donald Trampın inaqurasiya mərasimindən dərhal sonra Senat tərəfindən təsdiq edilib.

Ceyms Mettis daha əvvəl deyib ki, Moskvanın hərəkətləri Vaşinqtonun maraqlarına zidd olarsa, ABŞ Rusiyaya qarşı durmalıdır.

“Biz Rusiya ilə “soyuq müharibə”nin ən pis vaxtlarında əməkdaşlıq edirdik. Mən Rusiya ilə münasibətləri normallaşdırmaq üzrə prezident Donald Trampın arzularını dəstəkləyirəm. Əgər Moskva bizim maraqlarımızın əksinə hərəkət edərsə, Rusiyanın davranışına qarşı dayanmalıyıq”, - deyə Mettis qeyd edib.

“Quduz it” ləqəbli Mettis Rusiya prezidenti Vladimir Putinin tənqidçilərindən biri hesab edilir.






Fikirlər