Trampdan Putinə qarşı çox ağır zərbə

Trampdan Putinə qarşı çox ağır zərbə

ABŞ prezidenti seçilən Donald Tramp dekabrın 2-də bildirib ki, Pentaqon rəhbəri vəzifəsinə təqaüddə olan dəniz piyadaları generalı Ceyms Mettisi təyin edəcək. O, Rusiyaya qarşı daim sərt mövqeyi ilə fərqlənib.

AzerTaym.az sputnik.az-a istinadən xəbər verir ki, bu qərar ABŞ-ın təhlükəsizliyinə problem olan "siyasi islam”la bağlıdır. "Wall Street Journal” nəşrinə görə isə, bu təyinat Rusiya üçün xoşagəlməz sürpriz ola bilər, çünki Mettis Putin siyasətinin qəti tənqidçisidir. "Quduz köpək” və "rahib döyüşcü” ləqəbləri ilə tanınan Ceyms Mettis öz dövrünün ən nüfuzlu hərbi liderlərindən biridir. O, 66 illik ömrünün üçdə ikisini hərbi xidmətə həsr edib. Pentaqonda "çox düzgün insan” və alim kimi hörmət qazanıb. Onu yalnız aqressiv ritorika üçün tənqid edirlər.






Fikirlər