ABŞ kəşfiyyatı Putinə zərbə hazırlayır –Seçkilərə müdaxilə haqda məxfi hesabatın bir hissəsi açıqlanacaq
ABŞ kəşfiyyatının ən yüksək vəzifəlisi bəyan edib ki, Rusiyanın ABŞ seçkisinə iddia edilən müdaxiləsinin motiv və məqsədləri gələn həftə açıqlanacaq. Milli Kəşfiyyat Agentliyinin baş direktoru Ceyms Klepper Konqres qarşısındak; çıxış;nda bildirib ki, Vladimir Putinin motivləri tam şəkildə bəyan ediləcək. ABŞ-ın kəşfiyyat agentlikləri bu qənaətdədirlər ki, Demokratik Partiyanın serverlərinə haker müdaxiləsini məhz Kreml əmr edib. Moskva bu iddiaları rədd etsə də, Vaşiqnton Rusiyaya qarşı yeni sanskiyalarını elan edib. ABŞ seçkisinə “xarici müdaxiləyə dair hesabat” yanvarın 5-də prezident Obamaya təqdim edilib. Prezident seçilmiş Donald Tramp hesabatla yanvarın 6-da tanış ediləcək və bundan sonra onun məxfi olmayan versiyası ictimaiyyət üçün açıqlanacaq. Yanvarın 5-də ABŞ kəşfiyyatının ən yüksək vəzifəli rəsmiləri Senatın Silahlı Qüvvələr Komitəsinin qarşısında ifadə veriblər. Onların ümumi rəyinə görə, Moskva seçkilərə Trampın Klinton üzərində qələbəsini təmin etmək məqsədilə müdaxilə edib. Konqresmenlərdən birinin “siz müdaxilənin Putinin motivinə bağlılığını açmısınızmı” sualına cənab Klepper müsbət cavab verib. Senat dinləməsi üçün hazırlanmış ifadədə bildirilir ki, Rusiya ABŞ-ın maraqlarına ən geniş şəkildə təhlükə yarada biləcək təkmil kiberproqrama malikdir. İfadədə qeyd olunur ki, “Rusiya ABŞ-ın hökumət, hərbi, diplomatik, kommersiya və mühüm infrastrukturuna tammiqyaslı təhlükə təşkil edir” İfadəni cənab Klepperdən başqa müdafiə nazirinin kəşfiyyat üzrə müavini Marsel Letter və Milli Təhlükəsizlik Agentliyinin direktoru admiral Maykl Rogers imzalayıblar. Dinləməni açan senator Makkeyn xatırladıb ki, “biz bura prezident seçkisinin nəticəsini şübhə altına almaq üçün toplaşmamışıq”. "Biz deyə bilmərik ki, onlar seçkinin heç bir nəticəsini dəyişməyiblər və sair…” – deyib Klepper Rusiya kəşfiyyatının əməliyyatı barədə. O, əlavə edib ki, bu məsələdə rusların bir çox motivləri ola bilərdi. "Biz bu müdaxilənin elektoratın etdiyi seçimə təsir miqyasını ölçmürük” – deyib Klepper. Klepper senator Makkeynin Rusiya müdaxiləsini “müharibə aktı” adlandırmasını bir qədər ağır yanaşma kimi qiymətləndirib. Tramp isə indiyədək Rusiyanın seçkiyə müdaxiləsinə dair bütün iddiaları rədd edib. Azadlıq Radiosu