“Putin “KQB”dən olan quldurdur” - ABŞ senatoru

ABŞ prezidenti Barak Obama 17 xüsusi xidmətə seçki kampaniyasının gedişinə xarici hakerlərin müdaxiləsinin tam dəyərləndirilməsi haqda göstəriş verib.

Modern.az xarici mediaya istinadən bildirir ki, amerikalı kəşfiyyatçılar rusların Demokratlar Partiyasının poçt sereverini dağıdaraq Donald Trampın seçkini udmasına kömək etdiklərinə əmindirlər.

Respublikaçı senatorlar Con Makkeyn və Lindsi Qrem araşdırmanın aparılmasını dəstəkləyiblər, lakin Tramp Rusiyanın günahı olduğuna inanmır.

Konnektikut ştatından olan senator Riçard Blyumental MSNBC-yə müsahibəsində Rusiya prezidenti Vladimir Putini “KQB”dən olan quldur adlandırıb.

Onun fikrincə, məhz Putin ABŞ-da demokratik prosesləri pozmaq və məhv etmək üçün hər şeyi edir.

Blyumental əmindir ki, Rusiya Çin, Şimali Koreya kimi ölkələrlə birlikdə hər gün ABŞ-ın kiber dairəsinə hücum edir.

Senator Trampı Rusiya ilə münasibətlər illüziyasından imtina edib bu ölkə ilə bağlı ciddi strategiya hazırlamağı təklif edib.






Fikirlər