Generalların Bakı görüşü başlayan kimi MÜHARİBƏ ELAN EDİLDİ

Generalların Bakı görüşü başlayan kimi MÜHARİBƏ ELAN EDİLDİ

ABŞ-ın “soyuq müharibə”dən sonra ilk dəfə olaraq Rusiya sərhədlərinə əsgər göndərməsi ilə başlanan gərginlik bu gün Bakıda aydınlaşa bilər.

Publika.az xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri, general Cozef Danfordla Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun bu gün Bakıda keçirdikləri görüşdə Ukrayna və Suriya ilə yanaşı, Amerika əsgərləri və hərbi texnikasının Şərqi Avropaya gəlməsi məsələsi də müzakirə oluna bilər.

Gözləntilərə görə, Bakı görüşü “suların durulmasına”, gərginliyin müvəqqəti də olsa azalmasına səbəb olacaq. Lakin NATO-nun bu gün verdiyi qərar Bakı görüşü fonunda diqqətdən yayınmadı.
NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Şimal Alyansına üzv ölkələrin müdafiə nazirləri Qara dənizdə qüvvələrin gücləndirilməsi haqda qərar qəbul edib.
“Bu gün Qara dənizdə NATO hərbi dəniz qüvvələrinin gücləndirilməsi ilə bağlı qərar qəbul etdik”, - deyə o bildirib.
Baş katib həmçinin, Rusiyaya güc tətbiqinə də çağırış edib: “Rusiya ilə dialoqu güc mövqeyindən aparmaq və təmkin metodunu tətbiq etmək lazımdır. Hansı ki, “soyuq müharibə” dövründə Qərb ölkələri məhz belə edirdi”.
Y.Stoltenberqin bu sözləri faktiki olaraq, Rusiyaya “soyuq müharibə” elan edilməsi deməkdir.
Rusiyanın NATO yanında daimi nümayəndəsi Aleksandr Qruşko bir müddət öncə bəyan etmişdi ki, Şimal Alyansının Qara dənizdə qüvvələrinin çoxaltması gərginliyi artacaq və regionda təhlükəsizliyi partladacaq.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi dünən Qara dənizdə keçirilən hərbi əməliyyatların görüntülərini yayıb. Ukrayna sərhədləri yaxınlığında keçirilən təlimlər ABŞ və NATO-ya “əzələ nümayişi” olaraq qiymətləndirilir.
 NATO-nun bu gün qüvvələrin gücləndirilməsi ilə bağlı qərarı isə gərginliyin daha yüksək mərhələyə keçəcəyindən xəbər verir. 






Fikirlər