Rusiya və ABŞ ordu komandanları görüşmək üçün Bakıya GƏLİR

Rusiya və ABŞ ordu komandanları görüşmək üçün Bakıya gəlir

Rusiya Müdafiə Nazirliyi Rusiya və ABŞ Silahlı Qüvvələri Baş Qərargah rəislərinin sabah Bakıda keçirəcəkləri görüş barədə məlumat yayıb.

Rusiya MN-nin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 16-da Azərbaycan paytaxtında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danfordla görüşü planlaşdırılır.
"Razılaşdırılmış gündəlikdə duran məsələlərə Rusiya və ABŞ arasında hərbi qarşılıqlı fəaliyyətin hazırkı vəziyyəti və perspektivləri, eləcə də tərəflərin hərbi fəaliyyəti ilə bağlı insidentlərin qarşısının alınmasının müzakirəsi daxildir. Bundan əlavə, dünyanın böhranlı regionlarında təhlükəsizlik sahəsində vəziyyət barədə fikir mübadiləsinin aparılacaq", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, Rusiya və ABŞ hərbçiləri arasında Suriya hava məkanında insidentlərin qarşısının alınması üzrə birbaşa xətt var. Tərəflər bu mexanizmin effektiv işlədiyini bildirirlər.
"Onlar müxtəlif məsələlərə, o cümlədən ABŞ və Rusiya arasında hərbi əlaqələrin hazırkı səviyyəsi və s. toxunacaqlar", - deyə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat xidmətinə istinadən məlumat yayılıb.






Fikirlər