“XALAMDAN 700 000 DOLLAR ALDIM…” Arif Əsgərovun oğlu MƏHKƏMƏDƏ

1488361879_kollaj-445

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. 

“Report”un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində sabiq nazir müavini Arif Əsgərovun oğlu Elnar Əsgərov ifadə verib.

O, təqsirləndirilən E.Hüseynovla qohum olduğunu söyləyib: “Emil mənim xalam oğludur. Atam uzun illər Azərbaycan Dəmir Yolları QSC-nin rəhbəri olsa da, mənim həmin qurumla heç bir əlaqəm olmayıb. Bu işdə mənimlə bağlı deyilənlərlə razı deyiləm”.

E.Əsgərov iş üzrə zərərçəkmiş kimi tanınan Emin Məmmədovla heç bir biznes əlaqələrinin olmadığını qeyd edib: “Mən zərərçəkmişlərdən Emin Məmmədovu tanımışam. Dostlarımla bilrikdə həmişə futbol oynamışıq. Həmin ərəfədə də Emin Məmmədovla da orada tanış olmuşam”.
O, xalası oğlu E.Hüseynovun ayrı-ayrı şəxslərdən pul almasından xəbəri olmadığını və bütün işlərdə günahkar onun olduğunu vurğulayıb.

elnarE.Əsgərov məhkəmədə KİV nümayəndələrinə də xəbərdarlıq edib: “Bilmirəm ki, indi bu zalda media nümayəndələri var, ya yox. Amma media nümayəndələri yazır ki, mən istintaqdan yayınmışam, ölkədən qaçmışam. Xahiş edirəm doğru olanları yazın. Bu yazılanları bizim yaxınlarımız, ailə üzvlərimiz oxuyur”.

Daha sonra sualları cavablandıran E.Əsgərov bildirib ki, xalasından pul alaraq zərərçəkmiş şəxsə qaytarıb: “Emilin anasından, yəni xalam Lətifədən 500 min dollar, daha sonra 200 min dollar da alıb, Emin Məmmədova vermişəm. Bunu da xalamın xahişi ilə etmişəm”.

Təqsirləndirilən şəxs E.Hüseynov E.Əsgərovun yalan danışdığını və doğruları danışmadığını deyib. O söyləyib ki, zərərçəkmiş şəxslərdən alınam pullar E.Əsgərova verilib: “Zərərçəkmiş şəxslərin hamısına dəymiş zərər ödənilib, yalnız Eçin Məmmədovdan başqa”.

Zərərçəkmiş Emin Məmmədov da E.Əsgərovun yalan danışdığını söyləyib.
Məhkəmədə E.Hüseynovun vəkili deyib ki, E.Əsgərovun ifadəsində ziddiyyətlər var. Məhkəmə E.Əsgərovun istintaqa ifadəsində ziddiyyətlər olan məqamları elan edib.
E.Əsgərov qeyd edib ki, xalası oğlunun başqa şəxslərdən aldığı pulları özü ödəyib.

Qeyd edək ki, E.Hüseynov vətəndaş Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb. Cinayət materiallarına əsasən, E.Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.
Barəsində həbs qətimkan tədbiri seçilən E.Hüseynov məhkəməyə müraciət edib. O, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib, E.Hüseynovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, E.Hüseynov sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğludur.






Fikirlər