Keçmiş MTN-in daha bir əməkdaşının məhkəməsi BAŞLAYIB

MTN-768x386-300x151

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Əlimərdan Sadıqov vəsatətlə çıxış edib.
O qeyd edib ki, müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bu il mayın 27-də başa çatacaq: “Mirəziz Əsgərovun barəsində seçilmiş həbs qətimkan tədbirinin alternativ qətimkan tədbiri ilə əvəz olunmasını istəyirik. Ötən ayın 14-də onun səhhəti qəfil pisləşib.
M.Əsgərov isə bildirib ki, istintaq orqanı onun barəsində qərəzli olub.
Vəsatət təmin edilməyib.
Məhkəmənin baxış iclası aprelin 14-nə təyin edilib. İttihama görə, M.Əsgərov zərərçəkmişlərdən hədə-qorxu yolu ilə pul tələb etmək və digər ağır cinayətlərdə ittiham olunur.
O, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.

 






Fikirlər