Boru oğrusu olan idarə rəisi işdən qovuldu

Boru oğrusu olan idarə rəisi işdən qovulduGöyçay Qaz İstismar İdarəsinin rəisi Murtuz Salahov işdən azad olunub.

Göyçaydakı mənbənin bildirdiyinə görə, ona cinayət işinin açılması da gözləniləndir.


İdarə rəisi bir çox rayon kəndlərində köhnə qaz borularının kəsilib satılması, müqaviləsiz sayğacların quraşdırılması səbəbindən işini itirdiyi bildirilir.

Aktual.az məsələ ilə bağlı Murtuz Salahovun özü ilə əlaqə saxlayıb. O, işdən azad olunması xəbərini təsdiqləyib.

Rayondakı mənbənin daha bir məlumatına görə, qaz borularının kəsilməsi ilə bağlı Göyçay Qaz İdarəsinin işçiləri polis idarəsinə çağrılıb və onlardan izahat alındığı deyilir.

Xatırladaq ki, Göyçay Qaz İdarəsinin rəisi Murtuz Salahovun qanunsuz əməlləri ilə bağlı mətbuatda bir neçə dəfə faktlara əsaslanan yazılar dərc olunub.






Fikirlər