Bu, nə əxlaqa, nə də etikaya sığır` - Ziyafət Əsgərov
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan parlamentinin birinci vitse-spikeri Ziyafət Əsgərov Avropa Parlamentində Martin Şultsun Azərbaycanla bağlı son bəyanatını şərh edərkən deyib.
"Bu, heç bir əsası və məntiqi olmayan bəyanatdır. Neçə ildir Avropada siyasətlə məşğul olan bir adam nə Azərbaycandakı qaçqın və məcburi köçkünlər, nə də işğal olunmuş torpaqlarla maraqlanıb. Amma birdən-birə onların dediyinə görə, hansısa siyasi məhbusun hüquqları bunları maraqlandırıb. Bu, Azərbaycana təzyiq vasitəsidir" - deyə vitse-spiker qeyd edib.
Z.Əsgərov əlavə edib ki, Azərbaycanda siyasi məhbus yoxdur: “Nə BMT, nə də Avropa Şurası səviyyəsində siyasi məhbus anlayışının təsbit olunduğu heç bir beynəlxalq sənəd yoxdur. Əslində onlar özləri də bilirlər ki, bu oyundur. Amma oyunun da qaydaları var. Yoxsa mənim Azərbaycandan xoşum gəlmir, götürüb qara yaxım - bu, nə əxlaqa, nə də etikaya sığır. Belə bəyanatları biz rədd edirik. Biz səmimi dialoqun tərəfdarıyıq”.(Apa)