PREZİDENT Nizami Nadirov və Şaitdin Əliyevi TƏLTİF ETDİ

Prezident İlham Əliyev Nizami Nadirovun 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
BakuPost.az xəbər verir ki, sərəncamda qeyd edilir: Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Nizami Hüseyn oğlu Nadirov 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.
Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev Şaitdin Əliyevin 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Şaitdin Sərdar oğlu Əliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.






Fikirlər