"Məsum" kişinin Bakıda 40 minlik cinayəti

"Məsum" kişinin Bakıda 40 minlik cinayətiBakıda çay evindən 40 min manata yaxın pul oğurlayan şəxslər tutulublar.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 4-də gecə saatlarında S.Rəhimov küçəsində yerləşən çay evində Bakı şəhər sakini Əli Vəliyevə məxsus, içərisində 38700 manat olan bağlama oğurlanıb.

Bağlamanı oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakinləri – 1992-ci il təvəllüdlü Mircavad Məsumi və 1990-cı il təvəllüdlü Cavid Yusifov tutulublar.


"Məsum" kişinin Bakıda 40 minlik cinayəti






Fikirlər