Hacı İbrahimin şirkətindən külli miqdarda pul oğurlandı

Oğrular xəzinədə olan 135.000 manat pulu götürüb "İnfiniti" markalı avtomobildə gediblər

Hacı İbrahimin şirkətindən külli miqdarda pul oğurlandı
"Avesta" şirkətinin rəhbəri, məşhur iş adamı Hacı İbrahim Nehrəmlinin ofisinə basqın olub.

Azertaym.az DİN-in saytına istinadən xəbər verir ki, dünən Nərimanov rayonu M.Araz küçəsində yerləşən "Avesta" Konserninə girmiş Əlizamin və Füzuli adlı şəxslər orada xəzinədar işləyən Bakı şəhər sakini Vüqar Babayevi xəncərlə hədələyərək xəzinədə olan 135.000 manat pulu götürüb "İnfiniti" markalı avtomobildə gediblər.

Bakı BPİ Dövlət Yol Polisi İdarəsi, Nərimanov RPİ və Sabunçu RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmin şirkətin mühafizəçisi Füzuli Nəbiyev və Neftçala rayon sakini Əlizamin Əliyev tutulublar.






Fikirlər