Əli Həsənov Dilqəmin qardaşına nə söz verdi?
Bu barədə AzVision.az-a S. Musayevin özü məlumat verib Əli Həsənov görüş zamanı girovların geri qaytarılması ilə bağlı aparılan prossesin davam etdirildiyini açıqlayıb: “Əli müəllim girovların geri qaytarılması ilə bağlı çalışdıqlarını söylədi. Hazırda işlər davam etdirilir. Baş nazirin müavini dedi ki, əgər girovlar geri qaytarılmasa Avropa Məhkəməsinə müraciət edəcəklər”.
Xatırladaq ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.