TƏFƏKKÜR və HƏQİQƏT

TƏFƏKKÜR və HƏQİQƏTBu gün çağdaş Azərbaycan jurnalistikasında analogiyalardan istifadə etmək kimi uğursuz bir təcrübə yayılmaqdadır.
Məsələn, hansısa bir məmur qanunsuzluğa rəvac verdiyinə görə işdən alınırsa, kütləvi informasiya vasitələri düşürlər həmin şəxsin eyni vəzifəni daşıyan həmkarlarının üstünə, başlayırlar oxşar nöqsanlar axtarmağa.
Rast gəldikləri çatışmazlıq hallarını da “şişirdib” az qala ağır cinayət kimi təqdimedirlər.


Bu mənfi tendensiyaya aid çoxsaylı misallar göstərmək olar. Götürək elə keçmiş Azərbaycan Beynəlxalq Universitetini. Fəaliyyətini dayandırmış həmin universitetin aqibətini başqa analoji müəssisələrin də yaşayacağını proqnoz etmək bir növ dəbə çevrilib. Hətta bəzi “ağzıgöyçək” media mənsubları bir az da uzağa gedərək, hədəfə aldıqları özəl ali təhsil müəssisələrinin rəhbərlərini də sabiq ABU rektoru Elşad Abdullayevin aqibətini gözlədiyini yazırlar. Belə uğursuz müqayisəyə gətirilənlər sırasında “TƏFƏKKÜR” Universiteti və onun rektoru, professor Müşfiq Atakişiyev də, prorektor Rahim Hüseynov da var. Qəribədir ki, vaxtilə “TƏFƏKKÜR” Universitetinin uğurlarını sadalayanların, bu ali təhsil ocağının üstünlüklərini eninə-boyuna öz səhifələrində mədh edənlərin də arasında bu çirkin “piar”a qoşulanlar olur. Hətta axtarsan bəlkə bu kampaniyaya xəlvət qol qoyanların cərgəsində sözügedən universitetin məzunlarına da rast gəlmək olar. Universitetin bunda günahı yoxdur, çünki ali təhsil müəssisəsi onlara ali təhsil verib, pis tərbiyəyə ğörə cavabdeh deyillər. Onların şəxsiyyətləri tənqid etdikləri ziyalılarla nisbətdə müqayisəolunmaz dərəcədə cılız görünür.

Fikir verin, iqtisad elmləri doktoru Müşfiq Atakişiyev təkcə özəl ali təhsil müəssisəsi olan “TƏFƏKKÜR” Universitetinin rektoru deyil, o, həm də Azərbaycanın ən nüfuzlu, ən perspektivli ali məktəblərindən olan Dövlət Neft Akademiyasının “Maşınqayırma sənayesinin iqtisadiyyatı və menecmenti” kafedrasının müdiridir. Özəl və dövlət ali təhsil müəssisələri arasında fərqi qabardan “araşdırmaçılar”ın bunu nəzərə almaları pis olmazdı.

BÜTÜN NAİLİYYƏTLƏR BƏLLİDİR!

Professor Rahim Hüseynov yalnız prorektor vəzifəsindən xeyli əvvəl tanınıb. Azərbaycanın səhiyyə naziri olub. Görkəmli alimdir. Həqiqi vətənpərvərdir - müharibə dövründə il yarım Yuxarı Qarabağda xidmət etmişdir. Beynəlxalq elmi müsabiqələrin laureatı, Azərbaycanın bir çox xarici ölkələrlə dostluq cəmiyyətlərinin fəal üzvüdür. Həm də dostluqları ilə tələbə gənclərə sədaqət nümunəsi göstərən Müşfiq müəllim və Rahim müəllim universitetin idarə edilməsində bütün pillə kadrları ilə obyektiv, qərəzsiz, təmənnasız, lakin tələbkar münasibətlərə söykənən prinsiplərlə işləyirlər.
TƏFƏKKÜR və HƏQİQƏT Alimlikləri, yüksək mədəniyyətləri, xeyirxah əməlləri ilə tanınan bu ziyalılar qürurları, əyilməzlikləri, dönməzlikləri, nəhayət, əsl bəyzadəlikləri ilə on minlərlə insanın qəlbində özlərinə əbədi heykəl ucalda bilmişlər. Universitetin idarə edilməsində qəyyumluq hallarının aradan qaldırılmasına nail olmuş, müəllim və tələbələrdən gələn təşəbbüslərə, qaldırılan məsələlərə operativ münasibət göstərmiş, onların həllinə gərəkən bütün köməyi əsirgəmişlər.

Azərbaycanın elitasını təmsil edən,cəmiyyətdə özlərini fəal vətəndaşlıq mövqeyinə malik insan kimi təsdiqləmiş yüzlərlə alimənsəb ziyalılarımız var ki, kamillik vəsiqəsini “TƏFƏKKÜR”dən almışlar. Onların bir çoxu həm də təvazökar olduqlarından tərcümeyi-hallarını hər fürsətdə, necə deyərlər, gözə soxmağa çalışmırlar.

“TƏFƏKKÜR” Universiteti Azərbaycanın müstəqilliyi kimi gəncdir. Bu təhsil ocağının, elm məbədinin ölkəmizin çiçəklənməsinə, xalqımızın firavanlığına verdiyi, verməkdə oldubu töhfələrdən danışmaq və onun fəaliyyətinə qiymət vermək bəlkə də hələ tezdir. Əmin olmağa dəyər ki, vaxt gələcək, “TƏFƏKKÜR” Universitetini bitirən indiki gənclər tələbəlik həyatını ömürlərinin ən yaddaqalan səhifələri kimi xatırlayacaq, burada öyrəndiklərini Azərbaycan naminə təqdirəlayiq işlərdə tətbiq edəcəklər.

Həqiqət birdir və onu həmişə, hər yerdə birmənalı təsdiqləmək, təhrif etməmək üçün güclü təfəkkürə malik olmaq lazımdır. Güclü təfəkkür yalanı sevmir, onu tanıyır, inanmır, yaxına buraxmır.
Dünyaya, bəşər tarixinə müdriklər, mütəfəkkirlər bəxş etmiş Azərbaycan xalqı da “TƏFƏKKÜR” Universitetinin elmi mühitdə, təhsil sistemimizdə yerini, nüfuzunu, dəyərini bilir, qiymətləndirir.


TƏFƏKKÜR və HƏQİQƏT
TƏFƏKKÜR və HƏQİQƏT
TƏFƏKKÜR və HƏQİQƏT
TƏFƏKKÜR və HƏQİQƏT
TƏFƏKKÜR və HƏQİQƏT
TƏFƏKKÜR və HƏQİQƏT






Fikirlər