İran ABŞ-ı BMT-yə ŞİKAYƏT ETDİ
İran, ölkədə davam edən etirazlarla bağlı olaraq ABŞ-ı daxili işlərə qarışmaqda günahlandıraraq Birləşmiş Millətlər Təşkilatına (BMT) şikayət edib. "AzerTaym.az" bildirir ki,Modern.az-ın xarici KİV-lərə istinadən xəbərinə görə, bu, İranın BMT-dəki daimi nümayəndəsi Qulamali Xoşrunun qurumun baş katibi Antonio Quterreş və Təhlükəsizlik Şurasına göndərdiyi məktubda yer alıb. Şikayətdə İran ABŞ prezidenti Donald Tramp və vitse-prezident Mayk Pensin etirazlarla bağlı çağırışlarına qarşı çıxıb. Qeyd edək ki, İranda dekabrın 28-də Məşhəddə bir qrup nümayişçi bahalığa, işsizliyə, korrupsiyaya etiraz edib. Qısa müddətdə rejim əleyhinə çevrilən etirazlar, Tehran, Kirmanşah, Senendeç, Zəncan, Şiraz, Qum, Şiraz, Ahvaz, Zahidan, Ərak, Xürrəm Abad kimi bir çox şəhərə yayılıb. Bu günə qədər 24 adamın həyatını itirdiyi, mindən çox nümayişçinin nəzarətə götürüldüyü bildirilib.