ABŞ İrana qarşı SANKSİYALARI genişləndirir
ABŞ-ın Maliyyə Nazirliyi İrana qarşı sanksiyaları genişləndirib. “Report”un “RT”ə istinadən məlumatına görə, bu barədə nazirliyin bəyanatında bildirilir. Qeyd edilir ki, İran üzrə sanksiya siyahısına 3 fiziki şəxs və 5 təşkilat daxil edilib. Daha əvvəl Dövlət Departamentində bildirilib ki, ABŞ İran rəhbərliyinin kütləvi etirazlarda iştirak edənlərə qarşı addımlarına görə, bu ölkə əleyhinə sanksiyaların tətbiq edilməsi imkanlarını nəzərdən keçirir.