Naxçıvanlı oliqarxa 43 milyon manat ödətdirdilər

Naxçıvanlı oliqarxa 43 milyon manat ödətdirdilər"A.M.A.Y." Şirkətlər Qrupunun rəhbəri Abdulla Abdullayevin cinayət işi üzrə dəyən ziyanın 43 milyon manatı artıq ödənilib.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bunu bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, dəymiş ziyanın ümumi dəyəri 48 milyon manatdır. Məbləğin qalan hissəsinin ödənilməsi üçün A.Abdullayevin rəhbəri olduğu şirkətə məxsus əmlakın müsadirə olunması tapşırılıb.

Qeyd edək ki, A.Abdullayev 2014-cü ilin aprelində həbsə alınıb. İttiham tərəfi A.Abdullayevi Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israfetmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirli bilir.

Cinayət işi artıq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırlıq iclası yanvarın 29-na təyin olunub
("Turan").






Fikirlər