Nazirdən gözlənilməz qərar: İKİ müavinini İŞDƏN çıxartdı
Azərbaycanda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində iki müavin vəzifədən azad olunub.
AzerTaym.az unikal.org-a istinadən xəbər verir ki, qurumda aparılan islahatlarla nazir müavinləri - İltimas Məmmədov və Elmir Vəlizadənin tutduqları vəzifələr ixtisar olunub.
Əvəzində isə Əli İzzət oğlu Abdullayev nazirin rabitə üzrə müavini təyin edilib. Nəqliyyat üzrə isə müavin vəzifəsinə isə hələlik təyinat olmayıb.