İki nazir müavini də vəzifədən GETDİ

İki nazir müavini də vəzifədən getdi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması barədə Prezident İlham Əliyevin 13 fevral tarixli sərəncamı ilə ləğv edilən Nəqliyyat Nazirliyinin nazir müavinləri də vəzifəsini itirib.

AzerTaym.az axar.az-a istinadla xəbər verir ki, Nəqliyyat nazirinin müavinləri Musa Sədi oğlu Pənahov və Arif Nəriman oglu Əsgərovun da nazirliyin ləğvindən sonra yeni təyinatları yoxdur.
Keçmiş nazir müavini M.Pənahov 1959-ci ildə anadan olub, Moskva Nəqliyyat Mühəndisləri İnstitutunu və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
23 fevral 2004-cı ildən Nəqliyyat nazirinin müavini vəzifəsində çalışırdı.
Digər sabiq müavin – A.Əsgərov 1961-ci ildə anadan olub, Moskva Nəqliyyat Mühəndisləri İnstitutunu bitirib.
9 fevral 2015-ci ildən Nəqliyyat nazirinin müavini vəzifəsində çalışırdı.
Xatırladaq ki, Nəqliyyat nazirliyinin mətbuat xidmətinin rəhbəri, tanınmış jurnalist Namiq Həsənov da nazirliyin ləğvi ilə vəzifəsini itirib.






Fikirlər