Nurəddin Mehdixanlıdan onu "AGENT" adlandıran Nemətə CAVAB

Nemət Pənahlı xalq artisti, tanınmış aktyor Nurəddin Mehdixanlını “KQB-nin agenti” adlandırıb.

Saytımıza açıqlama verən N. Pənahlı xalq artistinin ünvanına kəskin ittihamlar səsləndirib:

Meydan Hərəkatı vaxtı Nümayiş Komitəsində təmsil olunan Nurəddin Mehdixanlını “sağ əl”im hesab edirdim. Mənə məlumat çatdırılırdı ki, Nurəddin “KQB” agentidir, ancaq buna inanmırdım. Həbs edildikdən sonra o “KQB”də mənim üzümə duraraq, əleyhimə ifadə verdi”.

Məsələyə aydınlıq gətirmək üçün qarşı tərəfin mövqeyini öyrənməyə çalışdıq.

Yenicag.az-a açıqlama verən aktyor N. Pənahlının sözlərinə əhəmiyyət vermədiyini bildirdi:

Haqqımda kim nə istəyir, danışsın, özləri bilər. O cümlədən də Nemət Pənahlı… Onun söylədikləri qətiyyən mənə maraqlı deyil. Heç əhəmiyyət belə vermirəm”.

Xalq artisti Nemət Pənahlı ilə aralarındakı münasibətə də aydınlıq gətirib:

“Salam-əleykimiz var”.






Fikirlər