Hazırda həbsdə olan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının oğlu Orxan Pənahlı respublika çempionu olub. Məhbus siyasətçinin oğlu MMA (Mixed Martial Arts - Qarışıq Döyüş İncəsənəti) üzrə növbəti dəfə qalib adını qazanıb.
"AzerTaym.az" bildirir ki, bu barədə musavat.com-a Nemət Pənahlının həyatı yoldaşı Həcər Pənahlıməlumat verib.
Həcər Pənahlı oğlunun qazandığı növbəti uğura sevindiyini bu cür dilə gətirib: "Yarış dekabrın 12-də Salyanda keçirilib. Üç gün davam edib. Sonuncu rəqibini nokauta salıb. Açığı, Orxanın qalib gələcəyinə inanmırdıq. Çünki son günlərdə idman sahəsində çox haqsızlıqlar görmüşdü. Bir az ruh düşkünlüyü yaranmışdı. Məşqlərə də çox getmirdi. Ali təhsil aldığı Sumqayıt Dövlət Universiteti uzaq olduğundan gecələr evə çatırdı. Birinci yeri tutduğunu eşidəndə yaşadığım sevinci ifadə etməyə çətinlik çəkirəm. Yayda da qalib olmuşdu. Bu, artıq oğlumun üçüncü uğurudur. Orta məktəbdə oxuyanda da bir dəfə qalib olmuşdu. Nemət qalib olduğuna çox sevindi. Xəbəri eşidən kimi, dərhal xəbər verdim. Sevincimizə şərik olan hər kəsə təşəkkür edirəm. Bir növ Orxanın uğurları Nemətin həbsdə olmağından çəkdiyimiz əzabın təskinliyidir".
Xatırladaq ki, Orxan Pənahlı bu ilin iyununda da bu idman növü üzrə qalib olmuşdu. (musavat.com)