Tramp ŞİMALİ KOREYAYA gedir? - AG EV açıqladı

ABŞ Prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen İnin Vaşinqtonda görüşə biləcəyini istisna etmirəm.

Axar.az xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Rac Şax deyib.

“Vaxt və məkan təyin olunmadan mən nə isə bəyan edə bilmərəm. Heç bir şey istisna edilmir”, - Şax bildirib.

Jurnalistlərdən birinin D.Trampın görüş üçün Pxenyana səfərinin mümkün olub-olmayacağı ilə bağlı sualına mətbuat katibi cavab olaraq deyib ki, belə bir səfərin baş tutması inandırıcı deyil.

Xatırladaq ki, bundan öncə Donald Tramp Kim Çen İnin görüş təklifini qəbul etmişdi.






Fikirlər