SEÇKİNİN NƏTİCƏLƏRİ 14 GÜN ƏRZİNDƏ TƏSDİQLƏNƏCƏK – HÖKUMƏT İSTEFA VERƏCƏK
Mərkəzi Seçki Komissiyası (MSK) dünən aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurub. Seçki Məcəlləsinin tələblərinə əsasən, MSK-nın seçkilərin nəticələrinə dair protokolun müvafiq sənədlərlə birlikdə Azərbaycan Resüpublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar qəbul edilib. Seçkilərin yekun nəticələrinə əsasən, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,02 faizini toplayıb. Sonrakı yerlər aşağıdakı kimi bölüşdürülüb: Konstitusiya Məhkəməsi seçkinin yekunlarını rəsmən elan etdikdən 3 gün sonra isə prezident seçilmiş şəxs Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içməlidir. AzerTaym.az
Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 3,12%;
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 3,02%;
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3,03%;
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1,52%;
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə – 1,38%;
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1,17%;
"Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev - 0,74%.
Moden.az saytı bildirir ki, ölkə qanunvericiliyinə görə, Azərbaycanda keçirilən prezident seçkilərinin yekunlarına Konstitusiya Məhkəməsi nöqtə qoyur. Bu isə önümüzdəki yaxın günlər ərzində baş verməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsinə əsasən, prezident seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi rəsmən elan etməlidir.
And içdiyi gündən Azərbaycan Respublikasının prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.
Azərbaycan Konstitusiyasının 116-cı maddəsinə görə, yeni seçilmiş Azərbaycan Respublikasının prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verməlidir.